“Qiymət artmayacaq”- İri un və çörək istehsalçıları

0
6

“Qiymət artmayacaq”- İri un və çörək istehsalçıları

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarda unun qiymətinin növbəti dəfə qalxması ilə bağlı məlumatlar dolaşır. Həmin məlumatlarda 50 kiloqramlıq unun (1 kisə) qiymətinin 35-38 manat çərçivəsində müəyyənləşdiyi bildirilir.

Ölkənin ən böyük un istehsalçılarından biri olan “Karat Holding”in baş direktoru Taleh Qasımov isə “APA-Economics”ə hazırda unun 1 kisəsi 26 manata satıldığını bildirib.

Baş direktor əlavə edib ki, yaxın gələcəkdə də heç bir qiymət artımı nəzərdə tutulmayıb.

Ölkədə digər iri un istehsalçılarından olan “Neon” firmasının baş direktoru Arif Həsənov bildirib ki, unun qiymətində artım olmayıb.

Onun sözlərinə görə, indi unun bir kisəsinin qiyməti Bakıda 26 manat, Gəncədə isə 26,70 manatdır.

A. Həsənov Gəncədə unun 70 qəpik baha olmasını Bakıdan Gəncəyə hər tona görə taxılın daşınması üçün əlavə 15 manat ödənişin olması ilə izah edir: “Bizdə bir həftə əvvəl də unun bir kisəsi 26 manat 70 qəpik idi, indi də bu qiymətədir”.

LEAVE A REPLY