Efirə içkili gələn məşhur futbol şərhçisi qovuldu
Rusiyanın məşhur futbol şərhçisi Vasili Utkin efirə içkili gəldiyi üçün “Matç TV” kanalı tərəfindən işdən qovulub.
Hadisə dekabrın 9-da Utkin Çempionlar Liqasının növbəti turu çərçivəsində “Bayer”-“Barselona” matçını şərh edərkən baş verib.
“Vasili Utkinin işdən kənarlaşdırlmasına səbəb onun intizam qaydasını – daha dəqiq desək, 9 dekabr 2015-ci ildə “Bayer”-“Barselona” matçının şərhinə içkili halda gəlməsi olub”.
Vasili Utkinin isə köhnə iş yerinin iddiasını rədd edərək həmin efir günü sadəcə yuxulu olduğunu deyib.
“Yarım yuxulu vəziyyət çox futbol şərhçisinə yaxındır. Belə hallar əvvəllərdə olub. Mənim bütün həmkarlarım şahiddir ki, o gün heç nə içməmişdim”.
Xatırladaq ki, 43 yaşlı Utkin Rusiyanın və MDB məkanını ən məşhur futbol şərhçilərindən biri sayılır.