Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Arif Hacılıya xəbərdarlıq edilib
Bu gün Müsavat başqanı Arif Hacılının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbi məlum olub.
Partiyadan APA-ya verilən xəbərə görə, A. Hacılıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovla görüşdə bildirilib ki, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etirazların təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. S. Əzimov Müsavat başqanına bununla bağlı xəbərdarlıq edib.
A. Hacılı isə kütləvi aksiyalar haqqında partiyanın qərar verilmədiyini deyərək, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcəyini bildirib.