Atatürkə hücumlar və boş iddialar.

0
7

Atatürkə hücumlar və boş iddialar.

Dağlar zirvələri ilə məşhur olduqları kimi xalqlar da dahi şəxsiyyətləri ilə məşhurlaşır. Anadolu türklərinin, nəinki türk dünyasının hətta dütün dünyanın qiymət verdiyi, pərəstiş etdiyi Mustafa Kamal Atatürk isə tarixdə daha görkəmli yerə sahibdir. O həm dahi sərkərdə, həm də dahi siyasətçi olmuşdur.
Ancaq çox təəssüf ki, son vaxtlar tarixdən bixəbər şəxslər (hətta şəxs belə adlandırmaq onlar üçün iltifatdır-Q.Ə) bu Böyük Qazini əssasız yerə ittiham edirlər. Bu ittihamlardan biri isə odur ki, guya Atatürk mason təşkilatının köməyi ilə hakimiyyətə gəlmiş, onların diqtəsi nəticəsində İslam dinini dünyəviliyə qurban vermişdir. Masonluq iddialarını ortaya atanlar unudur ki, belə bir təşkilat orta əsrlərdə, sərhədlərin tez-tez dəyişdiyi, bütöv bir ərazinin bir neçə imperiyaya tabe olduğu dövrlərdə fəaliyyət göstərmişdir. Onların bütün bu iddiaları xürafatdan başqa bir şey deyildir.
Acı da olsa faktdır ki, İslam dünyası Türkiyə və bir neçə dövləti çıxmaq şərti ilə cəhalət içindədir. İqtidarda olanlar ikiüzlülüklə, din pərdəsi altında özlərinin hakimiyyətini möhkəmləndirməklə məşğuldurlar. Əslində Atatürkü tənqid etmək, onun və silahdaşlarının (Kazım Karabəkir, Ali Fuad Cəbəsoy, Refet Belə və Rauf Orbay) yürütdükləri Milli Qurtuluş hərəkatına (1919-1922-ci illər) qarşı çıxmaq deməkdir. Bu şəxslər Osmanlı imperiyasını alçaldan Sevr müqaviləsini ləğv edib, Lozanna anlaşmasını bağlamağı gözü götürməyənlərdir.
1927-ci ilə kimi- Atatürk inqilablarına qədər Türkiyədə oxuyub-yazma faizi kişilər arasında 7 faiz, qadınlar arasında 0,33 faiz idi. Atatürk inqilablarından sonra bu rəqəm 19,2 faiz oldu. Avropalılar türklər haqqında bu fikirdə idi; “türklər geri zəkalıdırlar, onların hambal işləməkdən başqa heç nədən başları çıxmır”. Atatürk Türkiyədə ilk bank sistemini (İş bankası və Anadolu sığorta təşkilatı) və sığorta təşkilatını quraraq sübut etdi ki, mədəniyyətin beşiyi Türk torpaqlarıdır və tarix türklərdən başlayır. Mustafa Kamal Atatürk hakimiyyətdə olduğu 15 il ərzində 3064-km dəmiryol xətti çəkdirib. (Xatırladaq ki, bu gün Əfqanıstan 1 trilyon dollarlıq təbii ehtiyata sahib olsa da, dəmiryolları olmadığı üçün bu sərvətlərdən istifadə edə bilmir).
Bundan başqa 1934-cü ildə Anadolu qadınına seçmə seçilmə azadlığı verildi. Halbuki Avropa qadınları bu hüquqa ikinci dünya savaşından sonra sahib olublar.
Atatürkü tənqid edərək, bununla da gündəmə gəlməklə istəyənlərin arzuları puç olacaq. Ucuz, populist çıxışlarla Böyük Qafqazı gözdən salmağa nail olmayacaqlar. Nə qədər ki, Böyük Türk milləti var, Atatürk ideaları da daim yaşayacaqdır.

Qudrət Əzizov

LEAVE A REPLY