Sultanəhməddə partlayış Türkiyənin turizm sektorunu çökdürdü
İstanbul şəhərindəki Sultanəhməd Meydanında baş verən partlayışdan sonra bölgəyə tur paketlər ləğv edilib.
Bu barədə Sultanəhməd Turizmçilər Dərnəyinin Başçısı Yaşar Yavuz bildirib.
Onun sözlərinə görə, bu hadisə ilə 2016-cı ildə onların turizm mövsümü sona çatıb:
“Bu bölgədə 7 minə yaxın otel var. Turistlər getmək istəyir. İndidən bilet axtaranlar var. Bununla da bu hadisə ilə 2016-cı il bizim üçün bitib”, – deyə Yavuz qeyd edib.
Qeyd edək ki, dünən baş verən partlayışda ölənlərin əksəriyyəti əcnəbilər olub.
Bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş dünənki çıxışlarında təsdiq etmişdi.
O bildirmişdi ki, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır.