Səfəvi İmperiyasının xarici siyasəti
Uca Səfəvi İmperiyasının xarici siyasəti Azərbaycan Dövlətçiliyinin qurulmasında böyük rolu olmuşdur. Bildiyimiz kimi Fateh Şah İsmayıl Xətai tərəfindən əsası qoyulmuş bu siyasətin xələfləri tərəfindən düzgün aparılmamasının səhlənkarlığın nəticəsində ölkənin bəzi şəhərlərini düşman istilasına gətirib çıxartması və sonralar Böyük Abbas ləqəbli Şah Abbas Səfəvinin yeni siyasəti ölkəni suverenliyə aparmışdır, ancaq yenədə xələflərinin səhlənkarlığı üzündən ölkə təmamilə feodalların hakimiyyətinə çevrilmişdir və Səfəvi dövlətçiliyi batmışdır.
Səfəvi İmperiyasının xarici siyasəti bu qismlərə bölünür:
Şah İsmayıl – Qızıl dövr.
1503-1514 illər- işğalçı siyasət.
Fateh Şah İsmayıl Xətainin 1501-ci ildə Azərbaycanda vahid dövlət yaratması onun digər dövlətləridə istila etmək fikirindən dönməməsinə gətirib çıxartdı, elə bu səbəbdən 1502-cü ildə Səfəvi Dövlətinin paytaxtdı olan Təbrizdən indiki İran ərazisində olan bəzi müstəqil dövlətlərə məktub yazaraq ona tabe olmalarını ərz etdi. 1503-cü ildə Mazandaranı, 1504-cü ildə Yəzd, Kirman, Fars və Kaşanı, 1505-ci ildə Qarsı, Iğdırı və Vanı, 1506-cı ildə Diyarbəkr olmaqla Anadolunun tən yarısını, 1507-ci ildə Əcəm İraqını, 1508-ci ildə Bağdad daxil olmaqla bütün İraqı və həmin ilin payızında isə Belucistan və Sistanı zəbt edərək Səfəvi dövlətini bir İmperiya halına gətirib çıxartdı. Ancaq bu istilalarlada razı olmayan Şah İsmail 1509-cu ilin əvvəllərində donanma tərtib edərək Bəhreyni və Qətəri, həmin ilin yaz aylarından etibarən Fars körfəzində olan bəzi müstəqil adaları-Hərq, Karu, Farsi, Əl-Arabiyə, Xarkus, Xaran, Lavan, Qeys, Bəni-Fərur, Sirri, Əbu-Musa, Ormuz və Ğeşm kimi müstəqil əmirlikləri istila etmişdir.
a)Səfəvi və Şeybanilərin(Özbəklər) əlaqələri.
Şah İsmayıl indiki bütün İranı özünün imperiyasına qatmışdır yalnız İranın şimali-şərqindəki böyük Xorasan vilayətindən başqa. Bu vilayət özbək Şeybani dövlətinin tərkibində idi, Şeybani dövlətinin əmiri Məhəmməd Şeybani xanın qonşuluğunda zuhur edən yeni və güclü dövlət olan Səfəvi dövləti özünün işğalçı siyasəti ilə ölkəni imperiyaya çevirməsi Şeybani xanı narahat edirdi. Şah İsmayıl istila etdiyi yerlərdə şiə məzhəbi yayması Şeybani xanı özündən çıxararaq Səfəvi dövləti ilə düşmənliyə gətirib çıxardırdı. Şah İsmayıl ölkədəki bəzi çətinlikləri həll edib sona çatdırmazdan əvvəl özbəklərlə müharibəyə girmək istəmirdi. Artıq Şeybani xanın Xorasanda məğruranə hərəkətləri,İmam Rza(ə) hərəmini Məşhəddə yerlə yeksan etməsi, Kirman valisi Şeyx Məhəmmədin başını bədənindən ayırması və Kirman şəhərində neçə minlərlə şiə məzhəbli qadınlara və qızlara pozğunluqlar etməsi Şah İsmayılı Xorasana qoşun çəkməyə məcbur etdi.Bununla belə Şah İsmayıl müharibəyə başlamazdan əvvəl özünün hüsn-rəğbətini sübut etmək məqsədilə Məhəmməd bəy Rumlu və Qazi Nəsrullah Sədr kimi elçilərini Şeybani xanın sarayına yolladı.Lakin onların səyi bir nəticə vermədi. Axırda Şah İsmayıl Səfəvi sarayını məşhur şəxsiyyətlərindən olan Şeyxzadə Lahicini bir məktubla özbək xanının sarayına göndərdi. Şah İsmayıl o məktubda Kirmanda etdiyi əxlaqdan kənar və həyasız əməllərinə görə onu məzəmmət etdi.
Yuxarıdada qeyd olunduğu kimi savaşa başlamazdan əvvəl Şah İsmayıl öz nümayəndə heyətini ədəblə və dostluq duyğuları ilə özbək xanının sarayına göndərdi. Belə bir gediş etməkdə şahın məqsədi şiə məzhəbini yaymaq, özbəkləri bu məzhəbi qəbul etməyə təhriq, onları şiə məzhəbli şəxslərə əziyyət verməkdən əl çəkməyə vadar etmək və vuruşsuz təslim olmalarına nail olmaq idi.
Şah İsmayıl Şeyxzadə Lahici vasitəsilə Şeybani xana çatdırdığı məktubun tərcüməsi:
“Rəhmli və mərhəmətli Allahın adı ilə! Salam və salavat ən əvvəl Allaha sonra onun rəsulu Əhmədi-Muxtara və bütün nəslinə olsun!
Salam yetirdikdən sonra bildiririk ki, Allah həddi aşanları çox yaxşı tanıyır.Həddi aşmaqdan saxlayan ən düzgün yol Quranın buyurduqlarını dərk etmək və onların mahiyyətini anlamaqdır.İdrak və bəsirət sahiblərinə gün kimi aydındır ki, istər pak adamlar, istərsədə torpaq dünyası Muhəmməd(s.ə.v.s.) nurunun zuhuru sayəsində abad olmuşdur.Ancaq onun bütün dünyəvi hakimiyyəti bəzi sərvətpərəstlər nəticəsində övladlarına qismət olmadı.
Bizi bura gətirib çıxardan Allaha şükürlər olsun! Əgər Allah bizi doğru yola hidayət etməsəydi, biz özümüz doğru yolu tapa bilməzdik.
Qəribədir ki, sizin daimi sultanlıq etmiş ata-babalarınız bu nicat verən əqidədə və xilas edən yolda olmuşlar. Siz bilə-bilə haqqa batil donu geyindirib, haqqı gizlətməyin.Əgər Allah Təbarək-Təala istəsəydi sizidə ata-babalarınız kimi doğru yola çəkərdi. Allah bilir ki, fani dünyanın işləri və zahiri əməlləri ilə məşqul olmaqda bizim başlıca məqsədimiz və əsas niyyətimiz dinin və dövlətin, məmləkətin və millətin düşməni olan zalımların zülmü nəticəsində pərdə arxasında qalmış ehkamları yaymaqdan və bu şanlı firqənin əlamətlərini aşkara çıxarmaqdan başqa bir şey deyildir, yoxsa Hz.Əli(ə) nəslindən olan ali niyyətli Səfəvilər dünyanın alçaq və çirkli işlərinə qarışmaqdan və hakimiyyətin cılız məsələlərinə diqqət yetirməkdən çəkinmiş və onlara göz yummuşlar.
Sizdən qulağıma çox pis-pis hadisələr etdiyiniz gəlir ancaq mən sizin elə hərəkət etmədiyinizi bilirəm, əgər etmiş olsanız bütün dünyadaki şiə qardaşlarıma köməklik edərik inşallah.Yəginki anladız.
Bizə bildiriblərki siz Həcc ziyarətə qetmək istəyirsiniz, çox yaxşı biz tərəflərə təşfiq buyursanız sizi ehtiram və hörmətlə qarşılarıq.
Allah həddi aşanları çox yaxşı tanıyır.
914 (1509)cu ilin rəbiül-axir ayının 1-də Həmədan ətrafında qadir Allahın inayəti ilə yazıldı. İsmail ibn Heydər ibn Cüneyd əl-Musəvi əs-Səfəvi.”
Şeybani xan Şah İsmayılın məktubunu alandan sonra Şah İsmayıla təkəbbür və qururla ona sərt və kəskin məktub yazdı və qasidi Kəmaləddin Əbivərd tərəfindən Şah İsmayıla göndərdi. Şeybani xanın əxlaqsız və ədəbsiz məktubu Şah İsmayılı Xorasana hərəkət etməyə məcbur etdi.
Doğurdan da Şeybani xanın Şah İsmayıla yazdığı təhqiramiz məktubu savaşın başlanmasının təcili səbəblərindən biri hesab etmək olar.
Şeybani xanın Şah İsmayıla ədəbsizcəsinə yazdığı və o həzrətin Xorasana qoşun çəkməyinə səbəb olmuş məktubun tərcüməsi.
Şeybani xanın Kəmaləddin Əbivərdi tərəfindən Şah İsmayıla çatdırdığı məktubun tərcüməsi :
“Allahın hədsiz inayəti sayəsində əmirliyə laiq görülmüş İsmayıl Səfəviyə məlum olsun ki, məmləkət işlərini həll etmək, ölkələri fəth edib düşmənləri məhv etmək və insanlara xeyirli olan işləri çoxaldıb hər yana yaymaq kimi çətin bir vəzifə Allahın mərhəməti ilə əzəldən mənim böyük və xoşbəxt əcdadımın-Allah onlara rəhmət eləsin və cənnət rahatlığı bəxş etsin!-qudrətli əllərinə tapşırılmışdır, ədalət və mərhəmət minbəri bizim dünyanın pənahı olan yüksək və adil hakimiyyətimizin xutbəsiilə ucalmışdır, cəsarət və qabiliyyət bizə məxsusdur.Bunuda yaddan çıxartma ey qafil ki, rəhbərlik sədası və xilafətin nidası qeybdən bizə yetişmişdir.
Mən və mənim əsgərlərim müqəddəs Məkkəni ziyarət etmək istəyirik, hər bir müsəlmanın borcudur ki, Həccə gedən karvanın yolunu abad etsin, mən bu işi sənə tapşırıram. Mənim əsgərlərim ziyarət şərəfinə nail olmaq istəyirlər, ona görə sən töhfələr və hədiyyələr hazırlamalı, sikkələri mənim xoşbəxt adımla zərb etməlisən, cümə məscidlərində mənim adıma xütbə oxutdurmalı və özün mənim mübarək taxtdımın əyağına gəlməlisən. Yox əgər birdən bizim hökmümüzə – Allah onu yer üzünün şərq və qərb tərəfinə yaysın!- boyun əyməyə itaətkarsızlıq göstərsən, səltənət və hakimiyyət çeşməsi olan böyük oğlum Əbu-Mübariz İmadəddin Ubeydullah xanı – Allah onu saxlasın!- qoşunum ilə üstünə göndərərək səni Allahın izni ilə cəhənnəmə vasil edəcəkdir. Ancaq Allah eləməsin nəsə olsa onda ortancı oğlum küfr və özbaşnalığın kökünü kəsən atasının şiri Əbu Fəvaris Teymur bahadır xan – Allah onu ömrünü uzatsın!- qoşunum ilə üstünə gələcək, yox əgər Allah eləməsin nəsə baş versə onda özümün qüvvələri mütləq səni məhv edəcəm. Bunu bil “Allah sənə yenilməz qələbə verəcəkdir”-ayəsi yalnız və yalnız bizə məxsusdur! ”
Şeybani xanın bu ədəbsiz məktubu Şah İsmayıl Səfəvinin qızılbaşlara cihad əmri verməsi ilə nəticələndi. Buna görə Şah İsmayıl ədəb qaydaları üzrə səltənət normalarına riayət etməklə Şeybani xana sərt bir cavab verdi.
Şah İsmayılın Şeybani xana cavabının tərcüməsi :
“Rəhmli və mərhəmətli Allahın adı ilə! Ya Əli səndən mədəd! Əbül-Müzəffər Sultan Şah İsmayıl əl-Musəvinin sözü(məktubu) ; Həmd yalnız Allaha məxsusdur! Ya Əli səndən mədəd! Elə bir şəxsin mədəd umuram ki, idrak cəngavərləri onun əzəmətli meydanında addımlamağı öyrənmiş, yüksəklərə ucalan şahinlər onu dərk etməmişdir, o elə bir şəxsin atası idi ki, Allah yolunda hətda öz ailəsindəndə belə keçmişdir.
Ya Əli səndən mədəd! Bu sözləri yazmaqda məqsəd odur ki, sizin kimi cahillərə başa salmaq lazımdır ki, Əli(ə) və onun nəsli ilə mübarizə aparan şəxs batmışlardandır.
Heydərin ətəyindən yapış və narahat olma,
Nuh ilə bir yerdə olanın tufandan nə qorxusu!
Seyyid Şah İsmayıl əl-Musəvi əs-Səfəvidən Cahil Şeybaniyə 1510-cu il fevral ayı Təbriz. ”
Göründüyü kimi Şeybani xan təkəbbürlük edib Şah İsmayılı təcrübəsiz bir cavan hesab etdiyinə görə məktublarında əxlaqa riayət etmirdi.Lakin Şah İsmayıl ədəb qaydalarını gözləməklə və öz gücünü nəzərə almaqla ona qəti cavablar verirdi.Doğrudan da Şah İsmayılın sonuncu məktubu rəsmi muharibə notası kimi qəbul etmək lazımdır.
1510-cu ilin mart ayında şərgi lərzəyə salan məğlubedilməzlik rəmzi olan qızılbaşlar Şah İsmayıl Fatehin başcılığı iləŞeybanilər dövlətinin sərhədlərini keçib Məşhədə irəlilədilər.Özbəklərlə vuruşmaqda öz əhdinə mərdanə şəkildə vəfa edən Səfəvi Sultanının şanlı ordusunun hərəkət etməsi xəbəri hər yeri gəzib dolaşdı.
Şah İsmayılın qabağına Şeybani xanın kürəkəni Damğan hakimi Əhməd Sultan dayanmışdır.Ancaq əhalinin özbək qarnizonunu məhv etməsi Şah İsmayılın ordusunun hər yerdə gül-çiçəklərlə qarşalanması, şahı müqavimətsiz Məşhəd şəhərinin qabağına gətirib çıxartdı.Məşhəd qalalarının qabağında şahı özbəklər orduları qarşılamışdır, özbəklərin başını bədənindən ayıran qızılbaşlar Məşhəd şəhərinə girdilər. Şah İsmayılın İmam Rıza(ə) mübarək hərəminin yenidən tikilməsinə əmr verdi. Burda 1-gün qalan Şah İsmayıl qızılbaşlarla Mərvə irəlilədi.Tahirabadda elə birinci döyüşdə özbəkləri tar-mar elədi və 1510-cu ilin aprelin 2-də Mərvi muhasirəyə aldı.Özbəklər Türküstandan kömək gələcəyinə ümid olaraq Mərvin möhkəm qala divarlarına arxalanaraqtəslim olmadılar, ona görə mühasirə 7-gün çəkdi.
Şah İsmayıl qalanı tutmağın çətin olacağını görüb, onu tutmaqdan ötrü bu fikirə düşdü ki, bir sıra qızılbaşlarla zahirən Mərvdən geri çəkilsin, bəlkə bu yolla Şeybani xanı qızılbaş ordusunun zəif olması təsəvvürü ilə qaladan çölə çıxara bilsin.Bu məqsədlə 1510-cu ilin aprel ayının 10-da öz qoşununun bir hissəsinə geri çəkilmə əmrini verdi.Şeybani xan Şah İsmayılın geri çəkilməyini zəifliyi və qorxusu zənn edərək aprel ayının ortalarında Mərv qalasından çolə çıxdı və qızılbaşları təqib etmək qərarına gəldi.Şeybani xan 30.000-lik ordu ilə qızılbaşları təqib edərək düz Mahmudabad körpüsünə qədər irəlilədi. Mahmudabad körpüsündə muhasirəyə alınan Şeybani xan 3-ağır döyüşdən sonra canını qaçmax yolu ilə qurtarmaq istəyərkən qızılbaşlar yaxaladırlar və Şah İsmayılın yanına gətirdilər, Şah İsmayılın əmrinə görə Məşhəd şəhərində İmam Rıza(ə) hərəminin ətrafında başı kəsildi və dünyaya ibrət olsun deyə hərəmin giriş qapılarının önündən asdı.Şeybani xanın bütün ailəsi qılıncdan keçirildi.Şeybani dövləti Səfəvilər İmperiyasına daxil olundu.
b) Səfəvilər-Moğollar əlaqəsi(1508-1513)
Moğollar sülaləsinin banisi Zahirəddin Babur Çingiz xanın ikinci oğlu Cağatayın və Teymurun nəslindən idi. Onun atası Fərqanə hakimi Ömər Şeyx Mirzə vəfat etdikdən sonra taxtda o oturdu. Tale həmişə bir fateh üçün bir rəqib hazırlayır. Babur üçün belə bir rəqib Şeybani xan idi. Şeybani xan hər ayda bir Fərqanəyə hücum çəkər və xərac alardı. Bütün bu həyasızlıqlardan bezən Babur köməyi Səfəvi İmperiyasında gördü. Şah İsmayıla 1508-ci ildə kömək məktubu yazan Babur ondan imdad istədi. Şah İsmayıl isə 1510-cu ildə Mərv yaxınlığında Şeybani xanı cəzalandırdı.
Babur Şah İsmayıla təşəkkür məktubu yazdı və qızılbaşlarla hərbi-birlik yaratmağa çalışdı. O görürdü ki, qızılbaşlar onun arxasında olsalar həddindən artıq ona xeyir gələr.Ancaq Şah İsmayılın şərtinə əsasən Baburun qurduğu hər-hansı bir dövlətin dini-məzhəbi şiəlik olmalı idi(Qeyd edim ki, Baburun məzhəbi əhli-sünnə idi), bundanda əlavədə dövlət Səfəvi İmperiyasının müstəmləkəsi kimi görsənməli idi( yəni hər-hansı bir dövlətlə çatışma olsa birinci Səfəvi İmperiyasının xəbəri olmalı idi). Babur bu şərtləri qəbul etdi, hətda əyninə qızılbaş hərbi paltarı geyinərək Heratda şiə əqidəsini qəbul edib Heratda 12-imam adına xütbə oxutdurmuşdur.
Ancaq Babur yenədə öz fatehlik arzularını yerinə yetirə bilmədi. Şah İsmayıl tərəfindən həddindən artıq qayğı görməyinə baxmayaraq Orta Asiyadan üzünü Hindistana tərəf çevirdi. Moğollar əmirliyini qurub qızılbaşların köməkliyi ilə Hindistanı işğal etməyə başladı. Bunuda qeyd edim ki, Babur 1526-cı ildə Moğollar İmperiyasını rəsmi şəkildə elan etdikdə başına tac qoymax əvəzinə qızılbaş baş örtüyü qoyaraq bildirmək istəmişdir ki, Moğol hökmdarı Səfəvi əsgəridir. Burda Baburun Səfəvilərə bağlı olmasının da müstəsna rolu olmuşdur.
c) Səfəvi-Osmanlı əlaqələri 1511-1514 (Çaldıran döyüşü)
Şah İsmayılın məzhəb siyasəti Azərbaycanın daxili və xarici siyasət metoduna güclü təsir göstərdi. Çünki qonşu dövlətlər arasında məzhəb fərqinə əsaslanan bu siyasət Azərbaycanı başqalarından daha üstün bir mövqedə şərqdə-özbəklər, qərbdə-osmanlılar kimi qüdrətli düşmənlərin rəqabət və mübarizə meydanına çıxartdı. Lakin Şah İsmayılın döyüşkən və strateji baxımdan tədbirli əsgərlərinin olması, onun Şeybani xan Özbəyin üzərində üstünlüyünü sabitləşdirdi və bunun nəticəsində o, Səfəvi sərhədlərini şərq və şimali-şərq tərəfdən Məvarəün-nəhrin o tərəfinə qədər genişləndirdi və nəhayət, Azərbaycanın əzəmətini bütün dünyaya nümayiş etdi.
Osmanlı dövlətinin şərq sərhədləri tərəflərində “məzhəb cihadı” ideoloqiyasından istifadə edən yeni Səfəvi dövlətinin yaradılmasına, o ölkənin dövlət başcıları dözə bilməzdilər və bu, onlar üçün ciddi bir təhlükə hesab olunurdu. Bundan əlavə, şiə məzhəbinin və Şah İsmayılın tərəfdarlarından olan, Osmanlının daxilində türkmənlərin çox hissəsi, Şah İsmayılın Azərbaycanda şiəməzhəb bir dövlət qurmasına kömək edirdi. Şiə məzhəbi qruplarına mənsub olan bu türkmənlər Səfəvi şahını Osmanlı dövlətində təbliq etmək üçün münasib bir zəmin yaratdılar.
Şübhəsiz, bu Osmanlı təbəələrinin Anadoluda Səfəvilərə qoşulması və Şah İsmayılı Osmanlıda şiə məzhəbini təbliq etməsi Səfəvi-Osmanlı dövlətinin münaqişəsinin əsas və birinci səbəbləri olmuşdur.
Səfəvi dövlətinin yaradılması Osmanlı dövlətinin genişlənməsi ilə eyni vaxtda düşdüyünə görə, Şərq və Qərb dövlətləri Azərbaycanın milli istiqlaliyyəti yolunda böyük bir maneə hesab olunurdular. O biri tərəfdən Hülakü xan vasitəsilə Abbasi xilafətinin suquta uğradılmasından sonra, İslam xəlifələri olduqlarını iddia edən Osmanlı sultanları Azərbaycandakı dəyişikliklər haqqında müsbət fikirdə deyildilər.İşğalçı düşüncəsilə, özlərini İslam xilafətinin varisi hesab edən Osmanlılar Azərbaycanıda özlərinin dövlətinin bir hissəsi hesab edirdilər.
Osmanlı sultanlarının dostu və müttəfiqi sayılan özbəklərin məğlubiyyəti Şah İsmayılın muharibə strateqiyasını dəyişdirdi və istər-istəməz şərqin vəziyyətini də bütünlüklə dəyişdirdi. Doğurdan da özbəklərin və Şah İsmayılın digər rəqiblərinin məğlubiyyəti Osmanlı üçün rəqabət meydanına çıxacağı barədə bir xəbərdarlıq idi.
Bütün bu dəyişikliklərin Azərbaycan-Osmanlı əlaqələri tarixinin əvvəlcə “sülh və dostluq” və sonra “muharibə və düşmənlik” siyasəti aparmalarının başlıca səbəbi Osmanlının Azərbaycanı qudrətli görmək istəməməsidir.
Osmanlı sultanı II Bəyazid Şah İsmayılaməktub yazdı. Sultan II Bəyazid məktubunda belə yazırdı:
II Bəyazidin Şah İsmayıla məktubunun tərcüməsi:
“ Əmirliyə və hakimiyyətə laiq görülmüş seyyid mənşəli Heydər əs-Səfəvinin oğlu Əmir İsmailə-Allah qiyamətə qədər onun ədalətinin əsaslarını möhkəmləndirib və artırsı – ki, uca səltənətinin əsasını qoymuş, yüksək sülalənin banisi olmuş və Davud və Süleymanın(ə) canişi olmuşdur. Əvvəla xoşbəxtlik gətirən salamlarımızı yetirir deyirəm:
O uca məqamlı övlad, atası Heydərin intiqamını almaq üçün Gilandan çıxıb Şirvanşah Fərrux Yasarla döyüşərək, bəxtin köməyi ilə qalib gəldi və onu laiq olduğu cəzaya çatdırdı və bundan sonra Təbrizdə uca Süleyman peyğəmbər kimi səadətli taxtdına çıxaraq muradına çatdı. Bu gözəl xoş xəbər Rum ölkəsinə çatdıxda bol sevindim və siz əlahəzrətlərindən məktub gözlədim, çünki belə xoş xəbəri qonşu dövlətə çatdırılması hökmdarların vəzifələrindən biridir. Lakin nə elçi, nə bir xəbər gəlmişdir ki, ölkəmizə belə bir xəbər çatdıki fateh Şah İsmail İraq və Küveyt torpaqlarını da zalım Bəyandurilərdən xilas edib özünün əzəmətli imperiyasına qatmışdır.
Azərbaycan elə bir məmləkətdir ki, İslamdan əvvəl bir neçə mötəbər sülalə orada hökmranlıq etmiş və yaxşı ad çıxarmışlar. Sizdə onlar kimi olsanız nə əla. Hər iki dövlətin rauf və mehribançılığını arzu edərək sizə uzun ömürlər və xeyirli fəthlər arzu edirəm.
1507-ci ildə İstanbulda Allahın istəyi ilə yazılıbdır. Hörmət ehtiramımı bildirərək II Bəyazid ibn Muhamməd. ”
Bu məktub Şah İsmayıla çatandan sonra 1510-cu ildə Mərv döyüşündən sonra Şeybani xanın sarayından II Bəyazidlə Şeybani xan arasında baş vermiş məktubu Şah İsmayıl oxudu. O məktubda Osmanlı sultanının Şeybani xanı muharibəyə təhrik etməsi və Şah İsmayıla qarşı sui-qəsd planını hazırlaması ortaya çıxdı. Ondan da əlavə Səfəvi elçisinə qarşı hörmətsizlik edən Osmanlı sultanı və Trabzon əmiri olan Səlimin Səfəvi-Osmanlı sərhədlərində yaşayan şiə məzhəbli müsəlmanları sıxışdırması Şah İsmayılın Osmanlı sultanına Şeybani xanın başının soyulmuş dərisini göndərməyə vadar etdi.
II Bəyazid Şah İsmailin bu hərəkətindən inciyərək qəzəbləndi. Sultan Səfəvi elçisini daha ehtiramla qonaq etdi və oğlu Trabzon hakimi Səlimi şiəməzhəbli müsəlmanları sıxışdırdığına görə tənqid etdi.
Atasının hakimiyyətini zəif bilən vəzifəpərəst və lovğa Trabzon hakimi Səlim atasına məktub yazaraq Osmanlının Avropadaki işğal dairəsinin idarəsini ona həvalə etməyini tələb etdi. II Bəyazid oğlunun bu tələbinə razı olmaması Səlimi Ədirnə qalasının ətrafına qədər irəliləməyə vadar etdi. Lakin bu zaman Anadoluda Şeyx Səfinin müridi olan Təkəli tayfasında Həsən Xəlifənin oğlu Şahqulu Baba 1511-ci ildə Təkə vilayətinin hakimi təyin olunandan sonra sufi cihadı adlı giyam etdi. Osmanlı sultanının oğlunun bir tərəfdən qaldırdığı giyam və digər tərəfdən Şahqulu Babanın giyamı yeniçərilərin ona inamını azaldırdı. II Bəyazidin Şahqulu Babanın üstünə qoşun göndərməsinə baxmayaraq, qoşun Şahqulu Baba tərəfindən darmadağın edilməsi ilə başa çatdı. Belə ki, qısa bir müddətdə Şahqulu Babanın başcılıq etdiyi dini ideoloji giyam tez bir zamanda bütün Osmanlıya yayıldı, ancaq qüclü osmanlı qoşunu ilə bir-neçə aydan sonra məğlub olaraq başı Osmanlı sarayından asıldı. Ümümiyyətlə Şahqulu Babanın giyamı II Bəyazidin oğlu Səlimin şiələrə amansızca davranmasının nəticəsi idi. Şahqulu Baba Şah İsmayıldan maddi və mənəvi kömək görürdü. Şah İsmayıl əlinə düşən bu cür xoş bir vəziyyətdən ölkənin içərisindəki çətinliklərə görə istifadə edə bilmədi.
Şahqulu Babanın tərəfdarlarının ölçüb biçilməmiş hərəkatları onların məhvinə gətirib çıxartdı.
Qayıdaq sultan oğlu Səlimə ki, o atasına qarşı Ədirnə qalasını tutması, sultan quvvələrinin Ədirnədə Səlimin qoşunlarının məhv etdi. Səlim Krıma qaçdı. Krımda yeniçəriləri yenidən formalaşdıran Səlim 1512-ci ilin (h.q. 917) axırlarında qüvvəsini toplayaraq Osmanlı sərhədini keçərək İstanbula irəlilədi. Atasını hakimiyyətdən kənarlaşdıran Səlim atasının saraydan getdiyi günü zəhərləyərək öldürtdürdü. 1512-ci ilin dekabrında hakimiyyət taxtına oturdu. Taxta çıxan günün axşamı bütün qohumlarını bir araya yığaraq kişilərinin başlarını kəsdirdi, qadınları asdırdı və körpələri isə boğduraraq faciəvi şəkildə qətl etidrmişdir. Bundan sonra Səlim “yavuz-qəddar” ləqəbi alaraq Sultan Yavuz Səlim kimi ad qazanmışdır.
Sultan Səlimin əmri ilə Osmanlı müftiləri(dini rəhbər) belə bir fitva çıxartdılar ki, “Bir şiənin qətli yetmiş xristianın qətlindən daha çox savaba malikdir”(Venesiya səfiri Nikola Jostinyaninin qeydləri)
Bu qırğın Sultan Səlim zamanının ən faciəli hadisələrindən biri və tarixin kütləvi qırğınlarındandır ki, qırx min nəfər insan həlak olmuşdur.
Təəssüf ki, Azərbaycan tarixçiləri yəgin bəzi səbəblərə görə, bu faciəvi qırğını işarə etməmişlər və ya əhəmiyyət verməmişlər. Bu barədə qantökmənin şahidi olmuş Venesiya səfiri Nikola Jostinyanın əlyazmalarından və Jozef Fon Hammerin “Osmanlıda qırğın” adlı əlyazmalarında qeyd olunmuşdur ki, Sultan Səlimin Osmanlıda ayrı bir məzhəbin nümayəndələrini xususi vəhşiliklə və amansızcasına qətl etmişdir.
Həlak olanların sayı 40.000-nəfər şiə olduğu bilinir. Ancaq qantökmənin şahidi olmuş Jostinyanın əlyazmasında 40.000-dən artıq olduğu bildirilir.
Bu hadisədən sonra Sultan Səlimin ikinci mühüm addımı Səfəvi İmperiyasının əlaqəsini Avropa tərəfdən təmamilə kəsilməsini və onu nə Avropaya nədəki Rusyaya çıxış yolu olmasını əngəlləməkdir.
Bundan sonra Sultan Səlim Ubeydullah xan Özbəyi fitnəliyərək Şah İsmayılla vuruşmağa təhrik edir. Yalnız Şeybani xanın məğlubiyyətini gözünün qabağına gətirən Ubeydullah bu işdən əl çəkir. Sultan Səlim məcbur olub Avropa dövlətlərindən Fransadan eləcədə Roma Papasından kömək istəyir.
Roma Papalığından və Fransadan bir az köməkliklər görərək Sultan Səlim 200.000 ordu yığaraq İstanbulda güclü təlimlər keçirirdi. Osmanlı ordusunun quruluşu 3 dəstəyə bölünürdülər: yeniçərilər, dənizçi əsgərlər və Sultanın xususi keşikçiləri.
Sultan Səlim bir anda muharibə olmasını istəmirdi. Ona görə məktublaşmaq gərarına gəldi.
Sultan Səlimin Şah İsmayıla birinci məktubun tərcüməsi:
“Mehriban və bağışlayan Allahın adı ilə! Hər şeyi bilən Allah buyurur:“Allah yanında məqbul olan din, əlbəttə islamdır”. “ Kim islamdan başqa bir din ardınca gedərsə, o din heçvaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”. Allah doğru yola gedənlərin işini düzəldir,yolunu azıb günaha batmışların yox! İnsanların əfəndisi Muhəmmədi Mustəfaya və onun səhabələrinə salam olsun!
Daha sonra bu şanlı məktub kafir və müşrikləriqətlə yetirən, dinin düşmənlərini məhv edən, qazilər və mücahidlərin sultanı, İskəndər qudrətli, Suleyman ədalətli Şahi-Cahan Sultan Yavuz Səlim ibn Sultan Bəyazid ibn Sultan Məhəmməd ibn Sultan Murad tərəfindən sənə – Əcəm hökmdarı, böyük sərkərdə, dövranın Davudu(ə), Darab kimi döyüşkən, zəmanənin Xosrovu yalnız əmirliyə laiq görülmüş İsmailə göndərilir ki, biləsən və agah olasan:
Bütün müsəlmanların və xususən ədalətli sultanların yəni mənim borcumdur ki, “Ey iman gətirənlər Allahın köməkçiləri olun” nidasına əməl edək.
Bu girişdən məqsəd odur ki, sən meşədə şirin nərəsi gəlmiyəndə, çaqqal kimi ucadan ulayıb Şərq ölkələrini hökmranlığını ələ keçirdin. Fitnə və fəsadı yaymağı özünə şüar və məqsəd edib zülm bayrağını ucaltdın.
Din başcıları və haqq yolla gedən alimlər- Allah onlardan razı olsun!- yekdilliklə sənin və küfr olan əqidənin mürtədliyinə fitva veriblər. Ona görə mən əynimə zireh geyinib Allahın inayəti ilə müzəffər əsgərlərimlə mübarək Səfər ayında güclü və uğurlu əllərimlə sənin əl-qolunu sındırıb və sənin batil və şər olan əqidəni məhv edəcəyəm.
Döyüşdən qabax xəbərdarlıq etmək islamın hökmü və şəriətin tələbi olduğu üçün bu şanlı məktub yazıldı. İnsanların xisləti bir cürdür, bəzi insanlar azğın və qəflətdədirlər, bəziləri isə mömin və irfan əhlidirlər. Ancaq Allah mərhəmətlidir azğın və qəflətdə olan şəxslərə tövbə qapısını həmişə açıq saxlamışdır. Əgər sən Heydər oğlu İsmayıl Allahın tövbə qapısına yaxınlaşıb tövbə etsən və ələ keçirdiyin torpaqları şanlı Osmanlı dövlətinə birləşdirsən, uca Sultan Səlimin yəni mənim sarayımda yaxın adamlarımdan biri olar və xoş münasibətlər görərsən. Əks təqdirdə zorla ələ keçirdiyin torpaqlarda müzəffər osmanlı ordusunun çadırları ucalacaqdır. Doğru yolu göstərən Allahın köməkliyi ilə bitdi. Bu məktub 920-ci ilin Səfərul-Muzaffər ayında Əznəkmid yurdunda yazıldı. Vəssəlam! ”
Yavuz Səlim bu məktubda özünü nə qədər islamçı kimi göstərməyə çalışdısa onun 40.000 dinç müsəlmana amansızcasına qətl fərmanı verməsi onun nə müsəlman nədəki islamçı olduğunu bildirir. Burada o özünü lovğa apararaq güya islami ədaləti bərqərar etmək fikrindədir, ancaq onun apardığı bu iyrənc siyasətin axırı indiyə qədər aydınlaşdırılmıyan iki böyük haqq əqidənin ayrılığına səbəb olmuşdur.
Müəllif: Əli Əlizadə
Gənc tədqiqatçı