İrandan heyvan və heyvandarlıq məhsullarının Azərbaycana idxalına qadağa qoyuldu

0
4

İrandan heyvan və heyvandarlıq məhsullarının Azərbaycana idxalına qadağa qoyuldu

İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin yayılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov əmr imzalayıb.

DBNX-nın mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” qanunun 8.1.7-ci maddəsini və Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən İranın Qum bölgəsində dabaq xəstəliyinin yayıldığı bildirilir.

“Bununla əlaqədar əmrdə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan və Tehran bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir”, – deyə məlumatda qeyd olunur.

Məlumatda o da bildirilir ki, İrandakı dabaq xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX-dan onu da bildiriblər ki, dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.

LEAVE A REPLY