Səudiyyə Ərəbistanı: “İran ilə müharibəyə icazə verməyəcəyik”

0
4

Səudiyyə Ərəbistanı: “İran ilə müharibəyə icazə verməyəcəyik”

“İran ilə müharibə regional bir bir fəlakətin başlanğıcı olar”.

Səudiyyə Ərəbistanı Müdafiə naziri şahzadə Məhəmməd ibn Salman ötən həftə şiə din adamı Nimr Baqir əl-Nimrin edam edilməsindən sonra İranla münasibətlərinin gərginləşməsini şərh edərkən belə deyib.

O, “Economist” jurnalına verdiyi müsahibəsində “iki ölkə arasında müharibə çıxa bilərmi?” sualına bu ehtimalı hətta proqnozlaşdırmadıqlarını etiraf edib. Şahzadə sözügedən müharibəyə qətiyyən icazə verməyəcəklərini də vurğulayıb.

Qeyd edək ki, iki dövlət arasında böhran çıxdığı zaman Strateq.az da beynəlxalq güc mərkəzləri tərəfindən bu münaqişənin böyüməsinin qarşısının alınacağını proqnozlaşdırmışdı. Rusiya çökdürülməmişdən əvvəl Hörmüz boğazında çıxacaq hər hansı bir münaqişənin ABŞ-ın maraqlarına cavab vermədiyini və bu səbəbdən də Səudiyyə Ərəbistanının geri addım atmağa məcbur ediləcəyini vurğuladığımışdıq. Səudiyyə Ərəbistanın Müdafiə nazirinin məlum bəyanatı da əslində geriyə atılmış addımdır.

LEAVE A REPLY