Bu qarışım bütün qurdları tökür

0
45

Qurdlar əleyhinə bir neçə yazılarım olsa da bu qarışım öz təsir spesifikliyinə görə daha genişdir.

Bu qarışım həm lyambliya əleyhinə, həm askarid əleyhinə, həm də bizquyruq və başqa qurdlar əleyhinə (hansı ki bağırsaqlarda parazitlik edir) çox təsirlidir.

Lazım olan bitkilər:

Dağtərxunu (toz formasında) 50 qram

Zəncəfil (toz formasında) 50 qram

Zəyərək (toz formasında) 50 qram

Bitkilər toz formasında bir birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir.

Əgər bu qarışımı uşaqlara vermək istəsəniz 5 yaşa qədər uşaqlar yarım çay qaşığı, 5 yaşdan yuxarı uşaqlar 1 çay qaşığı, 10 yaşdan yuxarı uşaqlar isə 1 dolu çay qaşığı istifadə etməlidirlər.

Əgər acılığı problem olsa 1 çay qaşığı qarışımı 1 çay qaşığı bal ilə qarışdırıb içilməlidir, bal ilə qarışdırıb saxlamaq olmaz çünki bu zaman bitkilərin acılığı bala keçir və qarışım acı dadır.

Xatırladım ki, qarışımın tərkibindəki bitkilər həm ödqovucudur, həm də qurdqovucu ona görə öd yollarında parazitlik edən lyambliyalar əleyhinədə təsirlidirlər. Qarışımın içindəki zəyərək zəif işlədici olduğundan ölmuş qurdların bağırsaqlardan tez xaric olmasına səbəb olur. Müalicə müddəti 2 həftədir. Qarışımdan istifadə etdikdə səpgilər və ya əlavə təsirlər olduqda istifadəni dayandırmaq lazımdır.

Fizulihuseynov.com