Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək

0
41

Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə bildirilib ki, bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

İlin ikinci Ay tutulması isə noyabrın 19-da baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq.

Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq.

Tutulmalar zamanı Ay üfüqdən aşağıda olduğuna görə cari ildəki Ay tutulması hadisələri Azərbaycanda müşahidə olunmayacaq.