Avropa Parlamenti Rusiyanı hədələdi

0
39

Avropa Parlamenti Rusiyanın Beynəlxalq Banklararası Maliyyə Əməliyyatları Şəbəkəsindən (SWİFT) çıxarılması ilə bağlı çağırış edib.

Avropa Parlamentində hazırlanan qətnaməyə əsasən, Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirəcəyi təqdirdə SWİFT-dən çıxarılacaq.

“Avropa İttifaqı bu cür hərəkətin baha başa gələcəyini göstərməlidir. Aqressiya halında Rusiyadan neft və qaz nəqli dərhal dayandırılmalı, SWİFT-dən ayrılmalı, rusiyalı oliqarxların, onların ailə üzvlərinin Aİ-dəki bütün hesabları dondurulmalı, vizalar ləğv eidlməlidir”, – deyə qətnamə layihəsində deyilir.

Layihə sabah AP-nin plenar iclasın nəticələrinə əsasən qəbul ediləcək.