Bu xəstəliklər irsən ötürülür.

0
4

Bu xəstəliklər irsən ötürülür.

Müasir tibdə belə hesab olunur ki, irsiyyət insanın sağlamlığına çox böyük təsir edir.
Bu mövzuda olan araşdırmalar bütün dünyada aparılır və alimlər hər dəfə irsiyyətin insan sağlamlığına olan təsirini yeni və yeni araşdırmalar nəticəsində sübut edirlər.
Genetiklərin fikirinə görə, qızlarda menstruasiyalar 57% hallarda analarında olan yaşda başlayır. Menopauza (klimaks) da bir çox hallarda anada bu proses başlayan zaman başlayır. Beləliklə, əgər anada erkən menopauza (40 yaşına kimi) olubsa, onun qızında da erkən menopauzanın riski artmış olur.
Alimlər sübut edir ki, miqren xəstəliyi 70-80% hallarda anadan qızına ötürülür.
Döş, yumurtalıqlar və uşaqlıq xərçənginin irsən ötürülməsi də bütün dünyada təsdiq olunub. Araşdırmalar sübut edir ki, bu xərçəng növləri anadan qızına ötürülür (xüsusilə də ana cavan yaşlarda bu xəstəliklərə tutulubsa). Məhz bu səbəbdən bir sıra Avropa ölkələrində və Amerikada “pis” irsiyyəti olan bəzi qadınlar döş xərçənginin riskini azaltmaq üçün mastektomiya əməliyyatına (süd vəzilərinin xaric edilməsi əməliyyatı) gedir. Belə profilaktikanın nümunəsi dünya şöhrətli Ancelina Colidir. Aktrisanın anası və doğma xalası döş xərçəngindən vəfat ediblər.
Köklük də genetik olaraq valideynlərdən uşaqlarına ötürülür. Alimlər sübut edir ki, valideynləri kök olan insanda köklük və piylənmənin riski 70% artır.
Ürək-damar sistemi xəstəlikləri valideynlərdən uşaqlara ötürülə bilər (xüsusilə bu xəstəliklər valideynlərdə cavan yaşlarda inkişaf edibsə). Varikoz xəstəliyi bir çox hallarda anadan qızına ötürülür. Bunun səbəbi irsən keçən damar divarlarının zəif olmasıdır. İngiltərə alimləri sübut ediblər ki, insult keçirmiş qadının uşaqlarında insultun riski artmış olur.
Şəkərli diabet, bronxial astma, artrit da irsən keçən xəstəliklərdir.
Epilepsiya, şizofreniya, ağır depressiyalar kimi sinir sistemi xəstəlikləri bir çox hallarda irsən ötürülür.
Maraqlıdır ki, hətta alkoqolizm (içki düşkünlüyü) irsən valideynlərdən uşaqlara ötürülür.
Hər bir insan onun yaxın qohumlarında olan xəstəlikləri və pozulmaları haqqında bilməlidir. Bu çox vacibdir! Bu halda insan öz “zəif” tərəflərini bilir və öz sağlamlığına qarşı daha diqqətli olur.
Düzgün qidalanma, fiziki aktivlik, pis vərdişlərdən imtina, profilaktik müayinələr kimi sadə tədbirlər insanı bir çox, o cümlədə, irsən keçən xəstəliklərin inkişafından qoruya bilər.

LEAVE A REPLY