Bakıdakı hotellər də bahalaşır – Qiymətlər

0
4

Bakıdakı hotellər də bahalaşır – Qiymətlər

Manatın ucuzlaşması Bakı hotellərindəki qiymətlərə də təsir edib. Paytaxtın onsuz da bahalığı ilə məşhur olan hotelləri devalvasiyanı bəhanə edərək, qiymətləri daha da artırıblar. Məşhur hotellərinin bəzilərində artıq qiymətlər artırılıb, bəzilərində isə qiymət artımına hazırlıq gedir.

Fins.az Bakı hotellərinin devalivasiyadan sonrakı qiymətlərini araşdırıb.

1. “Ramada Hotel & Suites Baku”

“Ramada Hotel & Suites Baku” hotelində standart otaqda səhər yeməyi də daxil olmaqla bir nəfərlik qiymət 85 manat, İki nəfərin gecələməsi isə 95 manatdır. Bura hovuz və fitnes də daxildir. Qeyd edək ki, hoteldə daha geniş və qiyməti daha yüksək otaqlar da var. Hoteldən verilən məlumata əsasən, hələki cüzi bahalaşma müşahidə olunur, qiymətlər kəskin artım olmayıb.

2. “Qafqaz Point Hotel”

Qiymətlərdə hələki heç bir artım yoxdur, amma bahalaşmanın olacağı gözlənilir. Adi müştərilər üçün standart otağın gecəsi 145 avro ödəməlisiniz. Korporativ müştərilər üçün isə bir nəfərlik qiymət 109 manat, iki nəfərlik isə 128 manat olacaq. Qiymətə səhər yeməyi, sauna, trenajor zalı və hovuz daxildir.

3. “Jumeirah Bilgah Beach Hotel”

Bakının ən dəbdəbəli otelində hələlik qiymətlər artmayıb. Hoteldən bildirilib ki, hələlik iki nəfərin bir gecə hoteldə qalmaq qiyməti 138 manatdır. Eyvanlı otaqlarda isə qiymət 197 manatdır. Yeri gəlmişkən, hələlik hoteldə boş nömrə yoxdur.

4. “Fairmont Baku at the Flame Towers”

“Fairmont Baku at the Flame Towers”də qiymətlər devalvasiyadan sonra 15-20% yüksəlib. Hazırda səhər yeməyi daxil olmadan iki nəfərin qalması üçün otaqlar 193 manatdır. Bir nəfərlik isə təxminən 15-10 manat fərqlə ucuz olur.

5. “JW Marriott Absheron Baku”

“JW Marriott Absheron Baku”da hələlik qiymətlər artmayıb. Menecment bu barədə yenilik olmadığını bildirib. Xatırladaq ki, bu hoteldə standart səhər yeməyi daxil olmayan iki nəfərlik otaqların qiyməti 342 manatdır. Otağın sahəsi 42 kvadart metrdir, pəncərəsindən “Port Baku” mənzərəsini görə bilərsiniz. Səhər yeməyi daxil olan iki nəfərlik otağın qiyməti isə 374 manatdır.

6. “Kempinski Hotel Badamdar Baku”

“Kempinski Hotel Badamdar Baku” hoteləndə də qiymətlərdə hələlik artım yoxdur. Hoteldə səhər yeməyi daxil olmaqla bir nəfərin gecələməsi isə 190 manata başa gələcək. Səhər yeməyi ilə birlikdə iki nəfərlik qiymət isə 227 manatdır.

7. “Excelsior Hotel & SPA Baku”

“Excelsior Hotel & SPA Baku” hoteli müştərilərini hələ yanvarın axırınadək indiki qiymətlərlə qəbul edəcək. Bu qiymətlərə görə, bir nəfərin gecələməsi üçün məbləğ səhər yeməyi daxil olmaqla 114 manatdır. İki nəfərlik qiymət isə 138 manatdır. Fevralın əvvəllərinə kimi bu qiymətlər olacaq, daha sonra isə artım gözlənilir.

8. “Hyatt Regency Baku”

Bakının ən tanınmış 5 ulduz hotellərindən olan “Hyatt Regency Baku”da qiymtolər son devalvasiyadan sonra 15-20 manat artıb. Burada həftə içi səhər yeməyi daxil olmadan bir nəfərin gecələməsi 215 manata başa gələcək.

9. “Hilton Baku Hotel”

“Hilton Baku Hotel”də devalvasiya nəticəsində qiymətlər 15-20% artıb. Hazırda yeni qiymətlərlə səhər yeməyi daxil iki nəfərlik otaq 351 manatdır.

10. “Boulevard Hotel”

“Boulevard Hotel”də qiymətlər yanvarın 18-dən sonra artacaq. Hoteldən fins.az-a bildirilib ki, həmin vaxtadək müştərilər qüvvədə olan qiymətlərdən istifadə edə bilərlər. Qüvvədə olan qiymət isə standart otaqda iki nəfərlik səhər yeməyi daxil olmaqla 120 manat təşkil edir. Bu isə qısamüddətli kampaniyadır. Yanvarın 18-dək bu qiymətlərlə hoteldə qala bilərsiniz. Ondan sonra isə qiymətlər bahalanacaq. Kimsə tək qalmaq istəyirsə, eyni məbləği ödənilməlidir.

LEAVE A REPLY