Azərbaycanda koronavirus hansı bölgələrdə daha çox yayılıb? -Statistika

0
13

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Milletim.info “koronavirus.info”ya istinadla xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 52.1 faiz, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə  isə ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.