Ermənilər Şurnux kəndində evləri yandırıblar

0
12

Ermənistanın Syünik vilayətinin Şurnux kəndində 12 ev bu gün Azərbaycana təhvil verilməlidir.

Milletim.info APA-ya istinadla xəbər verir ki, Azərbaycanın ermənilərə verdiyi vaxt bu gün başa çatır.

 

“news.am” saytının yaydığı məlumata görə, artıq ermənilər evlərə od vurublar.

 

Qeyd edək ki, ermənilərin çıxarıldığı 12 evin sahəsi Azərbaycanın Qubadlı rayonunun ərazisidir. Ermənilər 1993-cü ildə Qubadlını işğal etdikdən sonra həmin əraziləri Şurnuxun ərazisinə qatıblar.