Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, ÜST peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq.
“Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq”, – deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq Pfizer-BioNtech vaksinini istifadə üçün bəyənib.
Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq.
Koronavirusa qarşı Pfizer-BioNtech vaksini ÜST tərəfindən hələlik təsdiqlənməyib.