Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.
Energetika Nazirliyindən verilən məlumata görə, raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regional fəlakətin qarşısı alınmış oldu.
“Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES və Mingəçevir SES hazırda normal rejimdə fəaliyyətini davam etdirir. Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb. Müraciət OPEC Ba⁰ş Katibliyi tərəfindən də “OPEC plus” ölkələrinə göndərilib”, – deyə qeyd olunub.