“IV qrupa gedənlər ən hazırlıqlı şagirdlərdir. Bu ilin məzunlarının mediana balı 165 idi. Bu da yüksək göstərici idi”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, IV qrupa gedənlər əsasən Azərbaycan Tibb Universitetini (ATU) istək kimi nəzərdə tuturlar:
“Biotexnologiya ilə məşğul olanlar koronavirusla mübarizədə ön sıralardadırlar. Ona görə də bu ixtisası seçənlərin gələcək perspektivləri böyükdür. Bu il üçün də bu ixtisas IV qrupda yenidir”.