Boğazdan götürülən yaxmalarda bəzi səhvlərə yol verilə bilər – Nazirlik

0
7

Koronavirusa yoluxanların əksəriyyətində kompüter tomoqrafiyasında ağciyərdə bir dəyişiklik olmur”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.
Zeynalov deyib ki, boğazdan götürülən yaxmalarda da bəzi səhvlərə yol verilə bilər: “Yaxma müsbət çıxırsa, müsbət qəbul etməliyik. Mənfi çıxırsa, yenə də şübhəli sayıla bilər. Əgər hər hansı şəxsdə yaxmanın laborator nəticəsi müsbət çıxıbsa, onu yoluxmuş şəxs kimi qəbul etməliyik. Müəyyən müddətdən sonra nəticələr neqativ olsa, sağalan şəxs kimi qəbul edə bilərik”. (apa)