Bu gűn hamımız əskərik!!!
Ordumuzun ugurlarına sevinir, şəhidlərimizə isə gőz yaşı axıdırıq.Bűtűn diqqətimiz dőyűş bőlgəsində…
Paytaxtda “orduya dəstək” aksiyası keçirildi.Sevindik təbii ki.Birlik, Vətənpərvərlik qələbəyə aparar…
Sevinməyənlər də varmış.Bəzi fűrsətbazların Milli Məclisə hűcumunu birmənalı lənətləyirəm.Bu hadisəyə ad tapmaqda belə çətinlik çəkirəm.Axı gőzəl bir gecəni, yűksək ovqatı korlamaq kimə və nəyə lazîm idi ?
Azərbaycan polisi dűnən daha dogma gőrűnűrdű sőyləsəm yanılmaram.Bəlkə də ilk dəfə idi ki, polis xalqla tam həmrəy idi, sevə-sevə xalqının təhlűkəsizliyini qorumaqdaydı.Kimləri qane etmədi belə gőzəl, mőhtəşəm xalq polis birliyi ?
Lənət olsun o kəslərə ki, gőzəl bir gűnə acılıq qatmaq istədilər, gədəlik xislətlərini bűruzə verib, gecənin mőhtəşəmliyinə xələl gətirmək istədilər.İlk dəfəydi ki, polisimizin dűnənki bűtűn addımlarını alqışladım , təqdir etdim…
Var içimizdə hələ də dűşmənlərə nőkərcilik edənlər.Sőzsűz ki, műxtəlif “hədiyyə”lər qarşılıgında.Bir műddətdir ki, SSRİ və rus sevdalılarınîn sosial şəbəkələrdəki aktivlikləri, nostalji hislərini kűtləviləşdirməkləri təsadűfi deyilmiş.Komunist rusbaşlar Xocalını, 20 Yanvarı, İrəvanı , Zəngəzuru və hətta Qarabagı unudub , Sovet imperiyasının pioner , komsomol, oktyabratlı gűnlərini təblig edib, “raqatka”, “plombir”, limonadlı,”kojik”li gűnlərin xiffətini çəkdiklərini gizlətmirlər.Dərdimizə baxın eyy…
Millətin “plombir”, pioner, “raqatka” yaddaşı yox, qan yaddaşı olanda məglubedilməz, bőyűk olur.
Nostalji yaşantıları səbəbsiz deyilmiş…
SSRİ dővrűndə bilirsinizmi “sevinc”li gűnlərimiz nədən çox olurdu ?! Bayramqabağı marqarin yağı tapanda, saatlarla nővbəyə durub , dűnyanın hər yerində zərərli sayılan “kremplin” parça almağa nail olanda, hələ Fransada sűpűrgəçilərə hədiyyə edilən “balon plaş” arzumuzu demirəm…
Bizim műstəqil dővlətimiz var -AZƏRBAYCAN !!! Műstəqilliyimiz űçűn şəhidlər vermişik ki, onların ruhunu narahat etmək kimsənin həddi deyil.Azərbaycanlı műtləq Azərbaycanı sevməli, Azərbaycanla qűrur duymalı, onu təbliğ etməli, zamanı gələndə uğrunda őlə bilməlidir.Sevirsən Rusiyanı, yol açıq, get yaşa, ye “plombir”dən, at “raqatkadan”.Azərbaycanımızı őzűnlə aparmağı ağlına belə gətirmə…
Tarix boyu başımıza gələn bəlaların səbəbini “velikorus” şovinizminnən kənarda axtarmayaq.Erməni bir kűçűk, bir kűçə itidir ki, quyruğunu qısıb sahibinnən kimə hűrmək əmrini gőzləyir.Sahib bəlli bu gûn, qarşılarında ədayla nitq sőyləyib, sonunu “skazano, sdelano” pafosuyla bitirən , sovet imperiyasını yenidən bərpa etmək űçûn alışïb-yanan “KQB” generalî Putin…
Erməniylə, Putinnən-həmin Putinnən ki, ermənilərə sevgisini açıq ifadə etməkdən vaz keçmir, onnan sevinə-sevinə orden-medal alanların bir o qədər fərqi yoxdur.Necə başa dűşək, erməniyə torpagımız verilir, bizimkilərə də orden-medal.Nəyin qarşılıgında ?!
“Mimino”nu, yəni , bir zamanlar sovet estradası və kinosunun ulduzu sayılan gűrcű Vaxtanq Kikabidzeni xatırlayırsınız yəqin. İmtina etdi rusun verdiyi bűtűn fəxri adlardan, orden-medallardan.Əvəzində Millətini sevdi, bir daha sevgisini qazandı.Axı, kim bilmir ki, Moskva heç bir zaman bizim “gőz yaşları”mıza inanmayıb, inanmayacaq da.Onda bu qarşılıqsız sevgi kimə və nəyə lazım ?!Bűtűn təxribatlar daima şimaldan gəlib, bu gűn də gəlir.Bunu bilə-bilə bircə orden-medaldan imtina edənimiz olubmu?!
Orduya dəstək aksiyası ruhumuzu təzələmişdi.Təxribat űrəyimizi dogradı, xəyal qırıqlıgına ugradıq.İndi, deputatlarımız od-alova dőnűb təxribatî pisləməkdədirlər.Razıyam, ancaq bir sual dogur; dűnən nədən őz “ev”inizin qarşısına çıxıb millətlə bir yerdə olmadînız ?! Axı, siz millət vəkili sayılırsınız ?! Bəli, çıxmalıydınız xalqın qarşısïna, idarə etməliydiniz kűtləni…
Dųnənki hadisəyə gőrə polisi kimsə qınaya bilməz.Ən dogru olanı məhz polisimiz etdi, ədəb-ərkanla.Kadrlara yenidən baxın və polisə qarşı çıxanların ədəbsizliyinə, təxribatlarına şahid olun.
Məni qınamayın, neçə gűndűr yazırdîm, hayqırırdîm “VUR ƏSKƏRİM VUR!!!”, ancaq dűnən dőzəmmədim polisimizin səssizliyinə, içimdən bir səs gəlirdi, bağırmaq istəyirdim ,”VUR POLİSİM VUR !!!
Ramiz Tağıyev