Microsoft dünya üzrə pərakəndə satış mağazalarını bağlayır- Səbəb

0
9
Microsoft şirkəti dünya üzrə pərakəndə satış mağazalarının 99,9%-nın bağlanacağını elan edib.
APA-Economics” “Cnews”a  istinadən xəbər verir ki, şirkət oflayn ticarətə qayıtmaq fikrində deyil və məhsullarının satışını “Microsoft Store” onlayn mağaza və tərəfdaş şəbəkələri vasitəsilə aparacaq.

Qeyd edək ki, Microsoft, koronavirusun yayılması təhlükəsi səbəbindən martın 17-dən bütün mağazalarını bağlayıb. O zaman Microsoft şəbəkəsini tam bağlamaq niyyətində deyildi – əksinə, pandemiyadan sonra bütün mağazaların yenidən açılacağına ümid edirdi.

Mağazaların bağlanması ilə bağlı qərar iyunun 26-da qəbul edilib. Qərara əsasən şirkətin yalnız 4 mağazası fəaliyyətini bərpa edəcək. Onlardan ikisi ABŞ-da, biri Londonda (Böyük Britaniya), biri isə Sidneydə (Avstraliya) fəaliyyət göstərəcək.