Türk serial ulduzu tərbiyəsizlik etdi

0
3

Türk serial ulduzu tərbiyəsizlik etdi

Türkiyənin ən populyar teleseriallarından birinə çevrilmiş “Küçük ağa”da baş rollardan biri “Ali”ni oynayan aktyor Sarp Levendoğlu dünən Twitter-də söyüş yazıb.

Qeyd edək ki, onun serialdakı tərəf-müqabili və sevgilisi Birce Akalaydan ayrılması barədə şayiələr dolaşır.

S.Levendoğlu isə B.Akalayla evlənməyə hazırlaşdığını bildirib və yazıb: “Yalançı özəl həyat təcavüzçüləri, fahişəxanalarda doğulanlar “ayrıldıq” deyə xəbər yayıblar. Yalandır. Hamısının anasını öpdüm”.

Daha sonra isə o, Birce Akalayın adını bədəninə döymə etdirdiyini göstərən fotonu yayıb.

B.Levendoğlu gecə yazdığı tviti səhər saatlarında silib.

LEAVE A REPLY