Kopenhagen AVRO-2020-yə ev sahibliyindən imtina edə bilər

0
8
AVRO-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər.

Apasport.az saytının məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagenin matçlara ev sahibliyi etməsi təhlükə altına düşüb.

Şəhərin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarışdan imtina edəcəyi gözlənilir. Buna həmin dövrdə təqvimin həddən artıq sıx olmasıdır.

Kopenhagen məşhur “Tur de Frans” veloyürüşünün üç mərhələsini qəbul etməlidir. Həmin mərhələlər isə AVRO-2020 ilə eyni vaxta düşür.

Danimarka Futbol İttifaqının prezidenti Yesper Möller də turnirin keçirilmə şansını 50 faizlə dəyərləndirib. UEFA-ya yekun cavabı aprelin 30-dək verməli olan Kopenhagen AVRO-2020-nin üç qrup və bir 1/8 final matçını qəbul etməlidir.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək. /Report