Pentaqondan ABŞ qoşunlarının İraqdan çıxarılması barədə açıqlama:“Bu xəbərlər yalandır”

0
10
ABŞ-ın İraq ərazisində yerləşən 15 hərbi bazadan qoşunlarını çıxarmağa başladığı barədə məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə TASS-a açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi polkovnik-leytenant Örl Braun məlumat bildirib.

“Bu xəbərlər yalandır”, – o, deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın İraqdan hərbi hissələrini çıxarmağa başladığı bildirilmişdi/Report.