Bakının məşhur restoranındakı siçan görüntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakının məşhur restoranındakı siçan görüntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

0
12
Bakıdakı restoranlardan baş verən antisanitar şəraitlə bağlı rəsmi dövlət qurumu hərəkətə keçib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Qeyd edilib ki, “Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzməsilə bağlı məsələ araşdırılmağa başlanılıb.

“Qida sahəsində baş verən bu kimi neqativ halları ictimailəşdirən və dərhal Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat verən vətəndaşlara təşəkkürümüzü bildiririk.

Qeyd edim ki, sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək dərhal araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır.

Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, – deyə qurumdan bildirilib.