Məntiq və seçki

0
14

Seçkiyə qatılmaq arzusundaydım.Təəssűf ki, heç nə dəyişmədi. Dəyişən, yalnız, seçkinin zamanı oldu. Bunu islahat səbəbi və ya istəyindən edildiyini dűşűnmək diletantlıq olardı. Bizdə islahatın gőrűntűsűndən savayı gőzə dəyən hələlik heç nə yoxdu. Digər adı imitasiya.
İndi, millət vəkili seçilmək istəyənləri də anlayıram. Yűksək əməkhaqqı, ardınca, őmůrlűk təminatlı təqaűd… Kim istəməz?!
Bizdə vəkilliyin yalnız adı qalıb. Hűquqi yardım almaq űçűn műstəqil vəkil tapmaq belə műşkűl işə çevrilib. Bəli, bu faktdır, “islahatçı” YAP iqtidarı “əl-ayagı”na dolaşan, zaman-zaman fərdlərin hűquqlarını qorumaga çalışan, ədalətli vəkillərin əksəriyyətini “islahat”larıyla zərərsizləşdirmədimi? Bu azmış kimi, vəkillərin nűmayəndəlik institutu da “islahat”a qurban verildi…
Hə, indi, dostlarımız millət vəkili seçilib, 40-50 min vətəndaşımızın karına gələcəkləri eşqiylə alışıb-yanmaqdadırlar. Məntiq isə, həqiqəti ortaya qoyur, fərdlərin hűququnu ayrı-ayrılıqda műdafiə etmək istəyən műstəqil vəkilləri sevməyən və hətta , onları őz hűquqlarından məhrum edən iqtidar, műstəqil millət vəkillərinin seçilməyinə şərait yaradacaqmı?
“Elin gőzű tərəzidir ” deyiblər. İndi, hər kəs seçki bazarlığından xəbərdardı zənnimcə. Kimisi mandat, kimisi də para arzusuyla seçki marafonuna qoşulunanlara “bazar olsun”dan başqa deyəcəyimiz də yox. Ancaq, şair yaxşı deyib zamanında ,”arzuya bax, sevgilim”…

Ramiz Tağıyev