“Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən, məktəblərdə dinin tədrisi nəzərdə tutulmur”.
Bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində “Həyat bilgisi” fənni keçirilir, bu fəndə və bir sıra fənlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var: “Yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq”. /APA