Əsədin 3 min ton kimyəvi bombası var

0
6

Əsədin 3 min ton kimyəvi bombası var

Bəşər Əsəd rejiminin əlində 3 min ton kimyəvi bomba var.

Publika.az xəbər verir ki, bu barədə 2008-2011-ci illərdə Suriya ordusunda kimyəvi silahlara görə cavabdeh olan general Zahir Sakit bildirib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti ilə Suriyadakı kimyəvi silahların yalnız üçdə biri məhv edilib. 5 kimyəvi silah anbarı isə hələ də Əsədin nəzarətindədir.

BMT-nin nəzarətində 13 mərkəzin kimyəvi silahlardan təmizlənildiyini deyən Zahir Sakit hələ də aktiv vəziyyətdə olan 45 nöqtədə istehsal prosesinin aparıldığını söyləyib. General 4 ölkə – Rusiya, İran, Almaniya və Şimali Koreyanın Əsədi xammalla təmin etdiyini deyib. O bildirib ki, istehsal təsislərində Rusiya və iranlı mütəxəssislər əksəriyyət təşkil edir.

Suriyanın məxfi “əl-Muhaberat” kəşfiyyat qurumu tərəfindən İŞİD terror qruplaşmasına 3 dəfə kimyəvi silahın verildiyini ifadə edən Zahir Sakit son təslimatın 2015-ci ilin iyul ayında Hələb vilayətində edildiyini deyib.

LEAVE A REPLY