Türkiyənin Şəxsi məlumatların müdafiəsi İdarəsi “Facebook” sosial şəbəkəsini istifadəçilər haqqında məxfiliyi pozduğuna görə 1,6 milyon lirə (təxminən, 282 min dollar) məbləğində cərimələyib.
Məlumatı TRTHaber yayıb.
Bildirilib ki, “Facebook” sosial şəbəkəsi 2018-ci ildə 280 mindən çox istifadəçi barədə məlumatı açıqlamaqla məxfiliyi pozub. Bura həmin istifadəçilərin adı, soyadı, doğum tarixi, yaşadıqları yer aiddir. Sosial şəbəkə üçüncü şəxsə bu məlumatları sızdırıb.
Cari ilin mayında idarə “Facebook”u istifadəçinin fotosu ilə bağlı məxfiliyi pozduğu üçün 1,65 milyon lirə (təxminən, 270 min dollar) məbləğində cərimələmişdi/Report.