Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürəcək.
Strateq.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.
O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq:“Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!”.
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 12-də qurultay keçirəcəyini açıqlayıb.