Azərbaycanın dövlət büdcəsinin kəsiri qalıqla əvəz olunub –Statistika Komitəsi

0
11
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 810,3 milyon manat, xərcləri isə 14 712,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,2% və 9,1% çoxdur.

Son nəticədə büdcədə 98,2 milyon manatlıq qalıq yaranıb. Xatırladaq ki, yanvar-iyul aylarının yekununda büdcəcə 667,2 milyon manatlıq kəsir yaranmışdı.