İbrahim Kalın:”İdlibdə Türkiyənin müşahidə nöqtəsinin başqa yerə köçürüləcəyi haqda fikirlər əsassızdır”

0
6
“Ərdoğanla Putin İdlib mövzusunda telefonla danışacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

İbrahim Kalın Suriyanın İdlib bölgəsində Türkiyənin 9-cü müşahidə nöqtəsinə Əsəd rejiminin hava hücumu ilə əlaqədar müşahidə nöqtəsinin başqa yerə köçürüləcəyi haqda fikirlərin əsassız olduğunu bildirib.

Mətbuat katibi Türkiyənin hərbi avtomobil karvanı olan ərazidə atəşkəsin pozulmasını Rusiya ilə Türkiyə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmayan hal kimi qiymətləndirib.

İbrahim Kalın eyni zamanda ABŞ prezidenti Donald Trampın Türkiyəyə səfərilə əlaqədar tarixin dəqiq məlum olmadığını deyib. O əlavə edib ki, qarşıdakı iki həftə ərzində Suriyada təhlükəsiz zona ilə bağlı Türkiyə ilə ABŞ arasında atılacaq addımların yeni nəticələri olacaq.