ABŞ hərbi bazasında terror

0
6

ABŞ hərbi bazasında terror

ABŞ-ın Əfqanıstandakı «Baqram» hərbi bazasında terror aktı olub.

Məlumata görə, «canlı bomba» bazada özünü partladıb.
Partlayış zamanı bazadakı əsgərlərdən 5-i ölüb, 6-sı yaralanıb.

«Reuters»in məlumatına görə, NATO-nun Kabildəki nümayəndəliyi hücum faktını təsdiqləyib. İş üzrə təhqiqat başladılıb.

Qeyd edək ki, «Baqram» ABŞ-la Əfqanıstanın önəmli hərbi bazalarından biri hesab olunur. Bazada 9,8 amerikalı əsgər xidmət aparır.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

LEAVE A REPLY