Geosiyasi qarşıdurmalara əsasən, aşağı salınan proqnozun qarşıdakı dövrdə daha da azalacağı istisna edilmir.
2020-ci ildə neftə tələbatın artımı ilə bağlı proqnozda 50 min barel azaldılaraq gündəlik 1,3 milyon barel təşkil edir. Gündəlik tələbat həcminin isə 2019-cu ildə 100,4 milyon barel olacağı gözlənilir.
İstər 2019-cu, istərsə də 2020-ci ildə tələbatın artım sürəti qeyri-OPEC ölkələri tərəfindən təklifin artım sürətindən geri qalacaq. Belə ki, İEA-nın proqnozuna görə, sözügedən ölkələrdən dünya bazarına gündəlik neft tədarükü 2019-cu ildə 1,9 milyon barel, 2020-ci ildə də 2,2 milyon barel artacaq. Bütövlükdə, gələn il bazara neft tədarükünün yüksək səviyyədə olacağı ehtimal olunur.
“İqtisadi artımın ləngiyəcəyinə dair getdikcə daha çox əlamət nəzərə çarpır. Bir çox ölkələr ilin birinci yarısında ÜDM artımının zəif olduğunu açıqlayıb ki, bu da istehsal və ticarət həcminin azalmasını göstərir. Çinlə ABŞ arasında ticarət razılaşma ehtimalının azalması isə ticarət fəaliyyətlərinin səngiməsinə, neftə tələbatın artımının azalmasına gətirib çıxara bilər”, – hesabat müəllifləri vurğulayıblar. (report)