Ermənistan tərəfindən təxribatlar davam edir- 1 sərhədçimiz yaralanıb

0
11
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­ub. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub.

Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.