Əl-ayağı bağlı qadının başını kəsib evi yandırdılar – Azərbaycanda dəhşət
Moderator.az xəbər verir ki, yanğınla bağlı FHN-in Samux Rayon Şöbəsinə müraciət edilib. Əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar. İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırırlar.