Xaşuqci qətlinin səs yazısı yayıldı –“İlk dəfədir, cəsədi yerdə kəsirəm”

0
4
Birləşmiş Millətlər Təşkilatının qanunsuz edam qərarları haqqında xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı hesabat hazırlayıb.

Hesabatda C.Xaşuqcinin qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.

Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.

Dialoq belə baş tutub:

Qatil: Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!

Xaşuqci: Onlara nə deyim? “Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?” Elə mesaj göndərməyəcəyəm.

Qatil: Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.

Xaşuqci: Masanın üstündəki dərmanlar mənim üçündür?

Qatil: Səni keyləşdirəcəyik.

Bu dialoqdan sonra dava səsləri eşidilir.

Bir neçə dəqiqə sonra qatillər öz aralarında söhbət edir:

– Cəsədi paketlərə yığaq?

– Yox, onda ağır olacaq.

– Problem deyil.

– İlk dəfədir ki, yerdə kəsirəm. Cəsədi hissələrə bölüb paketlərə yığsaq, işimiz bitəcək. Hər parçanı ayrı-ayrı paketlərə yığaq.

Bundan əvvəl isə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi hələlik şəxsiyyəti məlum olmayan bir nəfərlə söhbət edib. Söhbət zamanı həmin şəxs Səudiyyədən bir qrup insanın konsulluqda 2-3 günlük işinin olacağını bildirib.

Qeyd edək ki, Xaşuqci oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur. /oxu.az