Hilal Əsədov vəzifədən getdi…

0
4

Hilal Əsədov vəzifədən getdi…

Milli təhlükəsizlik nazirinin müavini postunu tutan Hilal Əsədov dünən – dekabrın 17-də vəzifəsindən azad edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, MTN dekabrın 14-də prezident İlham Əliyevin fərmanı ilə buraxılıb, onun əsasında iki müstəqil qurum – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bildirilir ki, Xarici Kəşfiyyat Xidməti rəisinin müavinləri postuna təqdimatı verilən və siyahısı dövlət başçısına göndərilən şəxslərin arasında general Hilal Əsədovun adı yoxdur. O, dünəndən etibarən tutduğu vəzifədən azad olunmuş hesab edilir.

Sabir nazir Eldar Mahmudovun keçmiş müavinləri arasında yalnız nazir müavini Əli Şəfiyev Dövlət Təhülkəsizliyi Xidməti rəisinin müavini vəzifəsində saxlanıb.

LEAVE A REPLY