Vaşinqton Putinə cavab verdi: “Türkiyəni dəstəkləyirik”

0
4

Vaşinqton Putinə cavab verdi: “Türkiyəni dəstəkləyirik”

“ABŞ Rusiya-Türkiyə arasında münaqişənin yaranmasını istəmir”. Bu barədə Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətlər barədə açıqlamalarına münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Dünən keçirilən mətbuat konfransında V.Putin qeyd edib ki, Rusiyanın “Su-24” bombardmançı təyyarəsi Türkiyə tərəfindən ABŞ-la özünəməxsus siyasi sövdələşmə həyata keçirmək üçün vurula bilərdi.

Ernest açıqlamasına qeyd edib ki, bu fikirlərlə razı deyil. Vaşinqtonda olan məlumtalara görə, türk pilotlar rus həmkarlarına marşrutun dəyişdirilməsi ilə bağlı xəbərdarlıq ediblər. Amma bu xəbərdarlıqlar nəticəsiz qalıb. O, əlavə edib ki, müttəfiq kimi Vaşinton Ankaranı dəstəkləyir.

Bununla belə, Vaşinqton Ankara və Moskvanı kompromis tapmağa çağırır: “Bu gün Suriyada üzləşdiyimiz çağrışları nəzərə alaraq, biz istərdik ki, Rusiya ABŞ və Türkiyənin də daxil olduğu Koalisiya üzrə tərəfdaşlarımızala geniş əməkdaşlıq ruhunda işləsin”.

LEAVE A REPLY