Qazaxıstanda etiraz aksiyaları: Polislər yaralandı

0
8

Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində icazəsiz mitinqlər keçirilir.

Axar.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi aksiyalar nəticəsində 100-dən çox şəxsin saxlanıldığını bildirib.
Qeyd edək ki, bu gün ölkədə prezident seçkiləri keçirilir.
***
Prezident seçkiləri günü keçirilən icazəsiz aksiyalarda 3 polis əməkdaşı xəsarət alıb.
Bu barədə Qazaxıstanın daxili işlərinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında deyib.
“3 polis əməkdaşı travma alıb. 2-si kütlə içərisindən atılan daşın dəyməsi nəticəsində xəsarət görüb. Digəri isə tətbiq edilən bibər qazından dolayı gözündə yanıq xəsarəti əmələ gəlib”, – deyə Kojayev bildirib.
Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri baş tutub.