Akif Çovdarovun qızı işdən çıxarıldı
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun ailəsinə daha bir zərbə vurulub. Criminal.az-ın məlumatına görə, generalın qızı Günay Əmircanova işdən çıxarılıb.
O, Respublika Endokrinologiya Mərkəzində həkim işləyirdi. Onun həyat yoldaşı, polkovnik Ruslan Əmircanov isə bir müddət əvvəl MTN-dən qovulmuşdu.