İranın Qərbi Azərbaycan əyalətində hərbçilərlə terrorçular arasında atışma olub:ölən var

0
6
İranın Qərbi Azərbaycan əyalətində İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının hərbçiləri ilə terrorçu PKK qruplaşmasının “PJAK” adlı qolunun silahlıları arasında atışma nəticəsində İbrahim Axundzadə adlı leytenant həlak olub.

Məlumatı İnqilab Keşikçiləri Qvardiyasının quru qoşunları komandanlığı yayıb.

Bildirilib ki, terrorçu mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin Çaldıran rayonuna soxulmaq istəyiblər. Bu zaman qvardiyanın Həmzə Seyid Şühəda Qərargahının birlikləri ilə PKK-nın İrandakı “PJAK” qolu arasında atışma olub.

Açıqlamaya əsasən, hərbçilər çoxlu sayda silah və rabitə cihazı götürüblər.  /Report