Rusiya XİN:”ABŞ sanksiyalarına qarşı cavab tədbirləri görüləcək”

0
6
Rusiya ABŞ sanksiyalarına qarşı cavab tədbirləri görəcək.

ONA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

“Təbii ki, Rusiya vətəndaşlarına qarşı tətbiq olunan bu sanksiyalar cavabsız qalmayacaq. ABŞ rəsmiləri qarşıdurma yaradacaq davranışların yaxşı nəticə verməyəcəyini bilməlidir”, nazirliyin bəyanatında vurğulanıb.

Nazirlik qeyd edib ki, Vaşinqtonun bu addımı ABŞ dövlət katibi Maykl Pompeonun Rusiyaya səfərindən sonra meydana çıxan müsbət dinamikanı azaldır.

“ABŞ dövlət katibinin Rusiyaya səfərindən iki gün sonra, Vaşinqton belə bir ədavətli addım atdı. Bu addımlar müzakirələrin yaratdığı müsbət mühitə təsir etmək və Rusiyaya qarşı antipatiyanı göstərmək üçün edilən cəhd təsiri bağışlayır. Bu cür addımlar yanlışdır və ikitərəfli əlaqələrin normallaşmasını mümkünsüz edir”, – nazirlik bildirib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Çeçenistanın “Terek” operativ reaksiya xüsusi qrupunu, onun komandiri Əbuzeyd Vismuradovu, eləcə də digər 4 şəxsi – Gennadi Karlov, Sergey Kossiyev, Ruslan Geremeyev və Yelena Trikulyanı “Qlobal Maqnitski Aktı” sanksiya siyahısına daxil edib.