Tibb təhsili ilə bağlı dəyişiklik –Baş nazirdən qərar

0
9
Baş Nazir Novruz Məmmədov təhsillə bağlı bir sıra qərarlarda dəyişiklik edib.

Milletim.info xəbər verir ki, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060209 Psixologiya” ixtisasına “Klinik” sözündən sonra “(tibbi)” sözü əlavə edilib.

“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “61. Psixologiya” bölməsində “Tibbi” sözü “Klinik (tibbi)” sözləri ilə əvəz edilib.

“Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.1.1.1-ci yarımbəndində “psixodiaqnostika” sözü “psixoloji müayinə” sözləri ilə əvəz olunub.