ABŞ-ın Energetika Nazirliyi bu il “Brent” markalı neftin bir barelinin orta spot qiymətinin 70 ABŞ dolları olacağını proqnozlaşdırır.
ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Hesabata əsasən, 2020-ci il isə “Brent” markalı neftin spot qiymətinin 67 dollar/barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu ilin aprel ayında “Brent” markalı xam neftin orta spot qiymətləri 71 dollar/barel təşkil edib.