Həbs edilən MTN generalı Akif Çovdarovun işçisi olmuş və mütəşəkkil cinayətkar dəstə üzvü kimi onunla birgə ittiham edilən Akif Əliyevin cəzası azaldılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən A.Əliyev kassasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib.
2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir.(Qafqazinfo)