Bitki çaylarındakı təhlükə: XƏBƏRDARLIQ…

0
10

Bir çoxumuz alternativ tibbdən istifadə edir, bitkilərin şəfasına inanırıq. Ancaq bitkilərdən hazırlanan çaylar səhv istifadə edildikdə sağlamlığımızı böyük təhlükəyə atır. Bəzi bitki çayları dərmanlarla qarşılıqlı təsirə girirək dərmanların əks təsirlərini gün üzünə çıxarır.

Moderator.az xəbər verir ki, türkiyəli mütəxəssislər qan durulaşdırıcı dərman istifadə edənləri, ürək xəstələrini və müntəzəm olaraq dərman qəbul edənləri bitki çaylarındakı təhlükə haqqında xəbərdar edib.
Mütəxəssislər zərdəçalın (sarıkök) immunitet sistemini gücləndirirdiyini və xərçəngdən qoruma xüsusiyyətinin olduğunu deyir. Ancaq zərdəçalın öd axınını çətinləşdirdiyi üçün öd daşı olanların bu bitkidən istifadə etməsinin təhlükəli olduğuu söylənilir.
Qan durulaşdırıcı dərman istifadə edənləri isə zəncəfil qəbulu ilə bağlı xəbərdar edən mütəxəssislər  “Zəncəfil qanın sulanmasını artırır. Bu səbəblə qanaxmalara səbəb ola bilər. Çox miqdarda zəncəfilli çay içmək qan durulaşdırıcı dərman istifadə edən xəstələr üçün təhlükəli ola bilər” deyib.
Ən çox istifadə olunan bitki çayları arasında olan yaşıl çayın isə iflicə səbəb ola biləcəyi qeyd edilib. Yaşıl çayda olan K vitamini qanın rənginin dəyişməsinə səbəb olur. Qan durulaşdırıcı dərman istifadə edən xəstələrdə dərmanların təsirini azaldan yaşıl çay, laxtalanmaya səbəb ola biləcəyi üçün artıq qəbul edildikdə iflic riskini artıra bilər.
Təzyiq dərmanı istifadə edənlərin kəklikotu çayı, sakitləşdirici istifadə edənlərin isə ada çayı istifadə etməsinə diqqət etmək lazım olduğunu söyləyən mütəxəssislər “Kəklikotu çayının təzyiq aşağı salan təsiri var. Əgər bir xəstə təzyiq dərmanı istifadə edirsə kəklikotu çayı içdikdə təzyiqi daha çox düşəcək. Ada çayı içənlər də sakitləşdirici dərman istifadə edirsə bu dərmanların təsirinin artmasına səbəb olacaq” deyərək diqqətli olmağı tövsiyə edib.
Kamran