ABŞ səfirindən Qarabağla bağlı yeni açıqlama:”Nazirlərin danışıqları davam etdirəcəklərinə ümid edirəm”

0
13
“Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm”. 

Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberqer ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən “Report”a deyib.

O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq, aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir”, – deyə səfir vurğulayıb/Report.