İtaliya parlamentinin qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməyə haqqı yoxdur.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bəyan edib.
M.Şentop bildirib: “Biz İtaliyanı İkinci Dünya müharibəsindəki rolunu xatırlamağa çağırırıq”.
Qeyd edək ki, İtaliya parlamenti ölkə hökumətinə qondarma “erməni soyqırımı”nın tanınmasını tövsiyə edən qətnamə qəbul edib. (Trend)