Qum qasırğası Tehrana 5 milyard tümən ziyan vurub, 5 nəfər ölüb, 81 nəfər yaralanıb

0
2

Qum qasırğası Tehrana 5 milyard tümən ziyan vurub, 5 nəfər ölüb, 81 nəfər yaralanıb

İranın paytaxtı Tehran şəhərində baş vermiş qum qasırğası nəticəsində dəymiş ziyanın məbləğinin 5 milyard tümən olduğu açıqlanıb. Təbii fəlakət iyunun 2-də yerli vaxtla saat 17:30-dan başlayaraq şəhəri bürüyüb, küləyin surəti 120 km/s-yə çatıb. Qum qasırğası nəticəsində ümumilikdə 5 nəfər ölüb, 81 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4 nəfəri avtomobil qəzası səbəbindən yaralanıb, 24 nəfəri travma alıb, 19 nəfər beyin silkələlənməsi keçirib, 34 nəfər də başqa zədələr alıb. Bundan əlavə, ağaclara, tikililərə, elektrik və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. 2554 ağac sınıb, 109 reklam lövhəsi aşıb, həmçinin 128 avtomobil zərər çəkib. Tehran hava limanında beynəlxalq və daxili uçuşlar müvəqqəti olaraq təxirə salınıb.

LEAVE A REPLY